Cümə axşamı, 16 May

"Britaniya Ukrayna üçün 1000 hərbçisini hazır vəziyyətə gətirib" - Boris Conson

image

“Böyük Britaniya humanitar böhrana cavab vermək və Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə yardım göstərmək üçün 1000 hərbçisini hazır vəziyyətə gətirib”.

Xəbər verilir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson deyib.

“Hərbi əməliyyatlara hazırlıq gedir. İqtisadi sanksiyalar hazırlanır. Amma biz Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıyıq”, – o qeyd edib.

B.Conson həmçinin hazırkı durumu təhlükəli hesab etdiyini söyləyib: “Çünki son onilliklərdə Avropada belə böhran yaşanmayıb”.

Qeyd edək ki, B.Conson bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Müzakirədən sonra tərəflər birgə brifinq keçiriblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00